• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"TURKOVAC"ın ilk partiyası Ankaraya çatdırılıb

DÜNYA

24 Dekabr 2021 | 23:49 | Müəllif: Subhan Mahmudov

"TURKOVAC"ın ilk partiyası Ankaraya çatdırılıb

Türkiyə istehsalı olan "TURKOVAC" koronavirusa qarşı peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.

Bakıvaxtı.az Trend-ə istinadən bildirir ki, Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında peyvəndin seriya istehsalı davam edir.

150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlara çatdırılıb.

İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.

Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR