• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Almaniyada “işıqfor koalisiyası” hökumət planını açıqladı

DÜNYA

24 Noyabr 2021 | 21:04 | Müəllif: Subhan Mahmudov

Almaniyada “işıqfor koalisiyası” hökumət planını açıqladı

Almaniyanın Sosial Demokratik, Azad Demokratik və Yaşıllar partiyaları arasında koalisiya hökumətinin qurulmasını nəzərdə tutan sazişin bütün müddəaları razılaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd parlament seçkilərindən səkkiz həftə sonra partiya rəhbərlərinin təşkil etdikləri mətbuat konfransında təqdim edilib.

Razılaşmada ilk növbədə nazir vəzifələrinin bölgüsü öz əksini tapıb. Sənədə əsasən, hökumətə Sosial demokrat Olaf Şoltzun rəhbərlik edəcək. Onun birinci müavini isə Yaşılların həmsədri Robert Habek olacaq. 

177 səhifəlik razılaşmada həmçinin, hərbçilərin məvaciblərinin artırılması, seçki hüququ yaşının 16-ya endirilməsi, daha çox mənzilin inşası, miqrantalara 5 il daimi yaşayışdan sonra vətəndaşlıq üçün müraciət hüququnun verilməsi, pandemiya ilə mübarizə üçün böhran qrupunun yaradılması, ikili vətəndaşlıq imkanının verilməsi, həmçinin müəyyən olunmuş miqdarda çətənə satışının leqallaşdırılması kimi gələcək hökumətin yerinə yetirəcəyi tədbirlər əks olunub.

Qeyd edək ki, yerli mətbuatda yeni hökumət iştirakçı partiyaların rəsmi rənginə görə “işıqfor koalisiyası” adı alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026