Ukraynanın Rusiyadakı müvəqqəti işlər üzrə vəkili Vasili Pokotilo Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Buna səbəb kimi Ukraynanın Lvov şəhərində Rusiya konsulluğuna edilən hücum göstərilib.
Baş verən insidentlə bağlı ukraynalı diplomata kəskin etiraz edilib və Ukrayna tərəfinin lazımi hüquqi tədbirlər görməsi tələb edilib.
















