• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İran Türkiyə ilə sərhədini NİYƏ BAĞLADI?

DÜNYA

24 Dekabr 2021 | 13:19 | Müəllif: Qalib İbrahimoğlu

İran Türkiyə ilə sərhədini NİYƏ BAĞLADI?

İran İslam Respublikasının qərarı ilə Türkiyə ilə sərhəd 24 dekabr 2021-ci il tarixindən etibarən 15 gün müddətinə bağlanıb.

Bakıvaxtı.az-ın "Haberturk"ə istinadən məlumat verir ki, bu qərar birtərəfli şəkildə verilib.

Verilən qərarla İran İslam Respublikasında yaşamaq icazəsi olan şəxslər, təhsil vizası olanlar (İranda universitet və mədrəsələrdə təhsil alan tələbələr), giriş vizası almış şəxslər (iş adamları), fiziki şəxslər, iş icazəsi, sağlamlıq vizası almış şəxslər, pasport və immiqrasiya polisi ilə çıxış möhürü almış şəxslər sərhədi keçə biləcəklər.

Mövzu ilə bağlı açıqlama verən Esendere bələdiyyəsinin sədri Dırbaz Büyüksu hesab edir ki,  İran tərəfinin verdiyi qərar Yeni il şənliyi ilə bağlıdır. "Dekabrın 24-ü saat 00.00-da İran sərhədi 15 gün müddətinə müvəqqəti olaraq bağlayıb”.

Bələdiyyə sədri bu qərarın çox çəkməyəcəyinə, sərhədin yaxın günlərdə açılacağına ümid edir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR