• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Berluskoni namizədliyini geri götürdü

DÜNYA

23 Yanvar 2022 | 05:00 | Müəllif: Qalib İbrahimoğlu

Berluskoni namizədliyini geri götürdü

İtaliyanın 13-cü prezidentinin müəyyənləşdirilməsi üçün yanvarın 24-də keiriləcək seçki prosesi öncəsi siyasi partiya və ittifaqlarda fəallıq davam edir.

Bakıvaxtı.az "Anadolu"ya istinadən xəbər verir ki, ifrat sağçı və sağ mərkəzçi partiyaların liderləri keçmiş Baş nazir Silvio  Berluskoninin prezident seçkilərində namizədliyini və strategiyalarını müzakirə etmək üçün görüş keçiriblər. Toplantıya qatılmayay Berluskoni mesajla alyans tərəfdaşlarına və ictimaiyyətə prezidentliyə namizədliyindən geri çəkildiyini açıqlayıb.

Namizədliyi ilk gündən mübahisə mövzusu olan 85 yaşlı Berluskoni mesajında ​​“milli məsuliyyət hissi ilə hərəkət etdiyini və ölkəsinə müxtəlif yollarla xidmət etməyə davam edəcəyini” bildirib. Keçmiş Baş nazir onun namizədliyini dəstəkləyənlərə təşəkkür edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026