• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“3+3” formatında görüşə ev sahibliyi etməyi planlaşdırırıq” - Ərdoğan

DÜNYA

23 Yanvar 2022 | 10:09

“3+3” formatında görüşə ev sahibliyi etməyi planlaşdırırıq” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, prezidentlər Türkiyə-İran əlaqələrini və regional məsələləri müzakirə ediblər.

Telefon danışığında ən yaxın zamanda Tehranda keçiriləcək Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının İclası və bu çərçivədə imzalanacaq sənədlərin hazırlanması işlərinin aparıldığını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan, digər tərəfdən də Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində cəhdlərinin davam etdiyini vurğulayıb.

Ərdoğan bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ortaya qoyduqları “3+3” formatlı platformanın növbəti toplantısına ölkəsinin ev sahibliyi etmək istədiyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR