Rusiyada “investor”, “tibb”, “universal” və “xüsusi” viza növlərinin tətbiq ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi Valentina Kazakova bildirib.
Onun sözlərinə görə, bu, iş adamlarının Rusiyaya girişini asanlaşdırmaq məqsədi daşıyır (aviatravel.az).
Rusiya mətbuatına məlumat verən Kazakova bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsində bu gün onlarla olan viza növlərinin sayının azaldılması təklif edilir.
Diplomatik, xidməti, tranzit, birləşmiş elektron, təhsil və işgüzar vizaların tətbiqinin davam etdiriləcəyini qeyd edən qurum rəsmisi daha dörd viza növünün tətbiq ediləcəyini bildirib.
Rusiyada prezident Putinin bu yaxınlarda imzaladığı qanun iş məqsədi ilə gələn və ya ölkədə 90 gündən çox qalan bütün əcnəbilərin barmaq izini almağı nəzərdə tutur.
















