• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyədən Rusiyaya ÇAĞIRIŞ: Bütün qüvvələr qeyd-şərtsiz...

DÜNYA

24 Mart 2022 | 00:34 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədən Rusiyaya ÇAĞIRIŞ: Bütün qüvvələr qeyd-şərtsiz...

Ukraynadaki müharibə qalibi olmayan bir müharibədir, başlamamalı idi və dərhal bitməlidir.

Bakıvaxtı.az-ın apa-ya istinadaən xəbərinə görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu təşkilatın Ukraynaya həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O, Rusiyanın bu müharibə ilə beynəlxalq hüququ açıq şəkildə pozduğunu qeyd edərək, yaranan vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.

"Lakin bu diplomatik təşəbbüslər bir tək ölkənin (Türkiyənin – red.) imkanları xaricindədir. BMT sülh quruculuğundan kənarda qala bilməz və diqqətini yalnız humanitar yardıma kökləyə bilməz. Beynəlxalq ictimaiyyətin gələcək nəsilləri müharibə bəlasından xilas etmək öhdəliyi var", - o deyib.

Səfir Sinirlioğlu Rusiyanı hücumları dayandırmağa, bütün qüvvələrini Ukraynadan dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026