• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ dövlət katibi və Ukraynanın XİN başçısı arasında telefon danışığı oldu

DÜNYA

22 Fevral 2022 | 09:34

ABŞ dövlət katibi və Ukraynanın XİN başçısı arasında telefon danışığı oldu

ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasıda telefon danışığı olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays məlumat verib. Bildirilib ki, onlar Rusiyanın qondarma Donetsk və Luqanskın suverenliyini tanımasını müzakirə ediblər.

Diplomatlar adekvat tədbirlər görəcəkləri barədə razılığa gəliblər.

Blinken ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyini deyib.

Sabah diplomatlar arasında görüş olacaq.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR