• Bakı 14° C

    9.01 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

“Kimin dost olduğunu, kimin satıldığını görəcəyik” - Zelenski

DÜNYA

24 Mart 2022 | 09:01 | Müəllif: Subhan Mahmudov

“Kimin dost olduğunu, kimin satıldığını görəcəyik” - Zelenski

"Martın 24-də Brüsseldə 3 mühüm sammit keçiriləcək. NATO, Aİ, G7 sammitləri hər birimiz üçün vacibdir".

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski videoformatda müraciətində deyib.

"Siyasətçilər azadlığı dəstəkləməlidirlər. Onlar həyat uğrunda mübarizəni dəstəkləməlidirlər. Biz ciddi addımlar gözləyirik. Bilirik ki, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar. Bu da müharibənin maraqlarıdır", - Ukrayna lideri deyib.

"Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik", - Zelenski əlavə edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026