• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukrayna Aİ-yə tam üzv olacaq -  Tarix AÇIQLANDI

DÜNYA

23 Aprel 2022 | 08:58 | Müəllif: Subhan Mahmudov

Ukrayna Aİ-yə tam üzv olacaq - Tarix AÇIQLANDI

Ukrayna 2024-cü ildə Avropa İttifaqına daxil olmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

"Biz bu ilin yayında Aİ-yə namizəd statusunu alacağımızı gözləyirik", - deyən nazir ərizənin birinci hissəsinin artıq təqdim olunduğunu deyib.

O, həmçinin söz verib ki, ölkə Aİ-yə üzvlük üçün bütün tələbləri eyni sürətlə yerinə yetirəcək.

"Ukrayna 2024-cü ildə Avropa Birliyinin tamhüquqlu üzvü olmağı gözləyir", - deyə Sviridenko sözlərini yekunlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026