Filippinin Luzon adasının sahillərində gəmi yanıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi "Facebook" səhifəsində bildirilib.
Məlumata görə, yerli vaxtla səhər saat 05:00 radələrində gəmi Polillo adasından ayrılaraq Luzon adasına doğru yola düşüb. Yanğın təyinat məntəqəsinə 1 km-dən az qalmış zaman baş verib.
Hadisə nəticəsində nəticəsində azı 7 nəfər həlak olub.
Gəmidə 124 sərnişin olduğu bildirilir.
















