Şimali Koreyada son 24 saatda 167 mindən çox insan Pxenyanın “qızdırma” adlandırdığı xəstəliklə xəstələnib, bir nəfər infeksiyanın nəticələrindən dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölənlərin ümumi sayı 68 nəfərə yüksəlib, ölüm göstərici isə 0,002 faiz təşkil edib.
Aprelin sonundan bazar günü axşam saatlarına qədər qızdarma hallarının sayı 2,81 milyonu keçib. Ümumi yoluxma sayından 2,3 milyon nəfər (82,9%) sağalıb, daha 479,4 min nəfər (17%) müalicə olunur.
















