• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırılıb

DÜNYA

24 Mart 2022 | 09:09 | Müəllif: Subhan Mahmudov

Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırılıb

Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.

"NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir" - deyə nazir bildirib.

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026