• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

"Bu bölgədə 7,2 bal gücündə zəlzələ gözlənilir" - Türkiyəli seysmoloq açıqladı

DÜNYA

04 Noyabr 2024 | 18:41

Bu bölgədə 7,2 bal gücündə zəlzələ gözlənilir - Türkiyəli seysmoloq açıqladı

Türkiyəli seysmoloq  Prof. Dr. Ahmet Ercan 7,2 bal gücündə zəlzələ gözlədiyi yeri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Şimali Anadolu Kırığını işarə edən Ercan, bu hissədə 7,2 bal gücündə zəlzələnin gözlənildiyini bildirib.

Ercan paylaşımında  "Şimal-Qərbi Egeydəki Haldiiki yarımadasının cənub qolunda M5.3 zəlzələsi Şimali Anadolu Kırığında baş verib. Bu hissədə gözlənilən zəlzələ M7-M7.2. bal gücündə olacaq. Lakin nə zaman olacağını biz bilmirik".

Qeyd edək ki, dünən axşam saatlarında Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib. Saat 20.03-də baş verən zəlzələnin dərinliyi 6.45 kilometr olub./milli.az


SON XƏBƏRLƏR