"Gürcüstana açıq şəkildə xarici müdaxilələri müşahidə edirik”.
Bunu deputat Rasim Musabəyov Gürcüstanda baş verənləri Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti özünə aid olmayan məsələ ilə bağlı qətnamə qəbul edir:
“Bildirib ki, seçkilərin nəticələri tanınmamalıdır, Gürcüstana araşdırıcı missiya göndərilməlidir və s".
Deputat bildirib ki, Gürcüstan Avropa İttifaqının üzvü deyil ki, Avropa Parlamenti belə bir qətnamə qəbul etsin:
"Avropa ölkələrinin özündə seçkilər təmiz, şəffaf keçmir. Donald Tramp ABŞ-də 2020-ci ildə keçirilən seçkiləri tanımamışdı. Onun tərəfdarları Konqresə qarşı etiraza qalxmışdılar. Avropa Parlamentinin hünəri çatdımı ABŞ-də keçirilən seçkilərlə bağlı nəsə deməyə? Demokratlar miqrantları həbs edirdirlər və qanunsuz yollarla qeydiyyatdan keçirərək seçkilərdə səs verdirirdilər. Respublikaçılar buna çox sərt reaksiya verdilər və təkrar baş verərsə, etirazlara başlayacaqlarını dedilər. Nəticədə Demokratların namizəd budəfəki seçkidə rəqibindən 4 milyon az səs topladı. AP buna da səs çıxartmadı”.
Müsahibimiz qeyd edib ki, amma Avroparlament Gürcüstanla bağlı qətnamə qəbul edir, qızışdırıcı bəyanatlar verir. Deputat Gürcüstanın Baş nazirinin onların cavabını verdiyini xatırladıb:
“Bildirdi ki, belə yanaşma qəbuledilməzdi, ona görə də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq qərarı alındı”.
Rasim Musabəyov: Avroparlament Gürcüstanla bağlı qızışdırıcı bəyanatlar verir
Deputat hesab edir ki, onsuz da Avropa Komissiyası Gürcüstanla bağlı belə bir qərar verəcəkdi və maliyyə yardımlarının qarşısını alacaqdı.
“Ümumiyyətlə isə Qərbin Gürcüstanın daxili işlərinə qarışması mənfi təsirlərə səbəb olur", - deyə Rasim Musabəyov əlavə edib.
Aydın Baxış