• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Bu dəfə qalib gələcəyimə inanıram” - Anar Süleymanlı

İDMAN

27 Yanvar 2023 | 10:16

“Bu dəfə qalib gələcəyimə inanıram” - Anar Süleymanlı

Martın 10-da Türkiyənin ən nüfuzlu idman qurumlarından olan "Sami Akın Fight Club"ın təşkilatçılığı ilə kikboksinq yarışı keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a yarışda ölkəmizi təmsil edəcək K-1 döyüşçüsü və qadınlardan ibarət kunq-fu üzrə Azərbaycan millisinin baş məşqçisi Anar Süleymanlı bildirib.

Dediyinə görə, onunla birlikdə Pərviz Abdullayev, Zöhrab Əzimov da turnirdə güclərini sınayacaqlar.

A.Sülüymanlı deyib ki, döyüş seriyası hər 3 aydan bir təşkil olunur: “Ümumiyyətlə, bu təşkilatın turnirlərində döyüşən idmançılar dünyanın ən nüfuzlu kikboksinq qurumu olan "Glory"də də çıxış edirlər. Ona görə də burada iştirak edənlər olduqca ciddi və güclü rəqiblərdir. Həmin idmançılar “One championship", "Bellator" və "Glory"ə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar”.

Anar Süleymanlının rəqibi türk idmançı Tuncay Güvəndir: “Rəqibim fiziki cəhətdən güclü idmançıdır. Məndən 10 yaş kiçik, ancaq boyu 10 santimetr uzundur. Amma inanıram ki, bu dəfə onu məğlub edəcəyəm”.

Bu, revanş döyüşü olacaq. A.Süleymanlı hazırda qarşılaşacağı rəqiblə ötən il martın 19-da üz-üzə gəlib.

“Xal hesabı ilə məğlub oldum. Zədələrimin çox olması, digər tərəfdən 4 il rinqdən kənar qalmağım məğlubiyyətə səbəb oldu. Bu rəqib məndən sonra daha 4 döyüşdə iştirak edib və hamısında qalib olub” deyən Anar Süleymanlı bu dəfə qalib gələcəyimə inanır.

Murad Məmmədli


SON XƏBƏRLƏR

28 Mart 2024