• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Qarabağ”ın UEFA reytinqindəki yeri MƏLUM OLDU

İDMAN

25 Fevral 2023 | 13:46

“Qarabağ”ın UEFA reytinqindəki yeri MƏLUM OLDU

Avrokubokların növbəti oyun həftəsi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.

Bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu üzdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür.

Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026