• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“UEFA futbolçulara hörmət etmir” - Sarri

İDMAN

25 Fevral 2023 | 14:43

“UEFA futbolçulara hörmət etmir” - Sarri

“UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkən deyib.

Qolsuz bərabərliklə yekunlaşan matçı dəyərləndirən italiyalı mütəxəssis görüşün keçirildiyi “Konstantin Redulesku” stadionunun ot örtüyünün durumundan şikayətlənib: “Futbol oynamaq mümkün deyildi. Sadəcə, futbola bənzəyən idman növünə uyğunlaşmaq üçün əlimizdən gələni etdik”.

Qeyd edək ki, “Latsio” ilk oyunda öz meydanında qazandığı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR