• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Bu gün 3 ölkənin müdafiə nazirlərinin görüşü keçiriləcək

SİYASƏT

27 Noyabr 2023 | 10:03

Bu gün 3 ölkənin müdafiə nazirlərinin görüşü keçiriləcək

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir. Y.Gülər artıq Bakıdadır.

Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024