• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ceyhun Bayramov Hüseyn Əmir-Abdullahian ilə telefonla danışıb

SİYASƏT

26 Dekabr 2023 | 20:16 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Hüseyn Əmir-Abdullahian ilə telefonla danışıb

Dekabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR