• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başa çatdı - YENİLƏNİB

DÜNYA

07 Mart 2022 | 22:20

Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başa çatdı - YENİLƏNİB

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.

***19:00

Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb.

Bu barədə Bakıvaxtı.az  "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, danışıqlar yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 18:50) başlayıb.


***17:59

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqların üçüncü raunduna vertolyotla gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl, bir qədər öncə Rusiya Federasiyasının nümayəndə heyəti danışıqların keçiriləcəyi yerə gəlib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında danışıqların ilk raundu fevralın 28-də keçirilib, görüş təxminən beş saat davam edib. İkincisi isə martın 3-də baş tutub.

xxx 13:13

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu aparmaq üçün yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.

*** 09:11

Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia danışıqların Polşa-Belarus sərhədində aparılacağını bildirib.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski YouTube-da “Solovyev live” proqramında qarşıdan gələn danışıqlarla bağlı məlumatı təsdiqləyib.

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada hakim olan “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Moskvanın şərtləri ilə Kiyevin razılaşa bilməyəcəyini deyib.

“Razılaşmağın demək olar ki, mümkün olmadığı yeganə iki hissə Krım və iki qondarma respublikadır. Rusiya israrla onların müstəqilliyini tanıyır. Bu, Ukraynanın bir hissəsidir. Təbii ki, bu mövqe Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir”, - deyə Araxamiya bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026