• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Obamanı görən qonaqlar Baydeni unutdular - VİDEO

DÜNYA

06 Aprel 2022 | 20:05 | Müəllif: Subhan Mahmudov

Obamanı görən qonaqlar Baydeni unutdular - VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş Prezidenti Barak Obama son 5 ildə ilk dəfə olaraq Ağ Evə səfər edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən məlumat verir ki, Obama tədbirə qatılmaq üçün Ağ Evə gəldikdə qonaqların əksəriyyətinin diqqəti keçmiş Prezidentə yönəlib. Qonaqlar Obamanı dövrəyə alaraq onunla söhbət etməyə başlayıb. Bu səbəbdən də, Bayden bir müddət tək qalıb. O, otaqda var-gəl edərək nə edəcəyini bilməyib.

Həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb və böyük maraqla qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR