• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Bu il Ağdama neçə nəfər köçürüləcək?

CƏMİYYƏT

26 Fevral 2025 | 10:11

Bu il Ağdama neçə nəfər köçürüləcək?

"İşğaldan azad edilmiş rayonlarda bütün layihələndirmə işləri tamamlanmaq üzrədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir çox layihələrin tikinti proseslərinə start verilib.

“Qalanları isə bu ilin IIk yarısında başlayacaq. 2026-cı ilin sonuna qədər I Dövlət Proqramında nəzərdə tutulmuş bütün layihələrin tam icra olunması planlaşdırılır”.

Qeyd edib ki, təkcə bu il Ağdam ətrafında olan 3 kənd və Ağdama 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.

“Ümumilikdə isə gələn il nəzərdə tutulan 5 məhəllədən 4-ünə start verməklə  2026-ci ildə 20 min nəfərin köçürülməsi planlaşdırılır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Aprel 2025