• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Bu il Prezident təqaüdləri üzrə 343 milyon manat ödənilib

CƏMİYYƏT

15 Iyul 2024 | 14:25

Bu il Prezident təqaüdləri üzrə 343 milyon manat ödənilib

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 481 min nəfərə sosial müavinət, 397 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib.

Verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 536 mln. manat, Prezident təqaüdləri üzrə 343 mln. manat ödənilib.

Cari ilin 6 ayında 74 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 644 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


SON XƏBƏRLƏR