• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Azərbaycanda doğum sayı AZALDI

CƏMİYYƏT

14 Avqust 2024 | 13:01

Azərbaycanda doğum sayı AZALDI

Bu ilin yanvar-iyun ayları ərzində qeydə alınan doğum sayı ötən illə müqayisədə azalıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026