• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu marşrut xətləri ilə bağlı müsabiqə elan edildi

CƏMİYYƏT

06 Iyul 2023 | 14:16 | Müəllif: Qalib İbrahimoğlu

Bu marşrut xətləri ilə bağlı müsabiqə elan edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən bildirilib.

Qeyd olunub ki, bunlar, 134, 168 və 169 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026