• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Üç rayonda qanunsuz kömür quyuları aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

05 Avqust 2023 | 13:38

Üç rayonda qanunsuz kömür quyuları aşkarlandı - FOTOLAR

İsmayıllı, Qax və Ağstafada qanunsuz kömür quyuları aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində İsmayıllı rayonunun Müşkəmir, Tircan, Qax rayonunun Şotavar kəndlərində və Ağstafa rayonunun Vurğun qəsəbəsində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib: "Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayon sakinləri Abil Mehdiyev, Vaqif Osmanov, Qax rayon sakinləri Yaşar Balayev, Rafail Məcidov və Ağstafa rayon sakini Səməndər Əliyev olduğu müəyyən edilib. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.


Üç rayonda qanunsuz kömür quyuları aşkarlandı - FOTOLARÜç rayonda qanunsuz kömür quyuları aşkarlandı - FOTOLARÜç rayonda qanunsuz kömür quyuları aşkarlandı - FOTOLARÜç rayonda qanunsuz kömür quyuları aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026