• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şuşada avtomat meteoroloji stansiya quraşdırıldı

CƏMİYYƏT

05 Avqust 2023 | 12:36

Şuşada avtomat meteoroloji stansiya quraşdırıldı

Şuşa şəhərində avtomat meteoroloji stansiya quraşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şuşa şəhərində keçirilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılıb. Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026