• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu tarixdən qatarlar  belə hərəkət edəcək

CƏMİYYƏT

04 Sentyabr 2023 | 11:45

Bu tarixdən qatarlar belə hərəkət edəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yaranabiləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub.

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub.

8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.


Bu tarixdən qatarlar belə hərəkət edəcəkBu tarixdən qatarlar belə hərəkət edəcəkBu tarixdən qatarlar belə hərəkət edəcəkBu tarixdən qatarlar belə hərəkət edəcək
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026