• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

MEDİA-nın təşkil etdiyi təlim davam edir

CƏMİYYƏT

04 Oktyabr 2023 | 11:19

MEDİA-nın təşkil etdiyi təlim davam edir

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə oktyabr ayının 4-ü “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsi çərçivəsində təlim keçirir. 

Bakıvaxtı.az xəbər verir ki, təlim saat 18-00-a qədər davam edəcək. Təlimin ikinci günü praktika əsasında keçiriləcək. 

Təlimçilər Doğukan Köçer, Kerim Asker, Suat Özdemir, Tunç Çevikdir. 

Qeyd edək ki, Layihənin məqsədi rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılması, müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılmasıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026