• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir?

CƏMİYYƏT

03 Noyabr 2023 | 11:15

Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir?

Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.  

Qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.

Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026