• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

CƏMİYYƏT

02 Dekabr 2023 | 19:45 | Müəllif: Subhan Mahmudov

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Son 20 il ərzində ən isti dekabr ayı 2010-cu ildə qeydə alınıb. Bakıda havanın orta aylıq temperaturu müsbət 12 dərəcə olub ki, bu da iqlim normasından 5.1 dərəcə yüksəkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ən soyuq dekabr ayı isə 2002-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu Bakıda 2 dərəcə isti olub ki, bu da iqlim normasından 5 dərəcə aşağıdır.

Qeyd olunub ki, 2023-cü ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026