• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İran “Xəzri-2023”də müşahidəçi kimi iştirak edir - FOTOLAR

CƏMİYYƏT

04 Oktyabr 2023 | 11:37

İran “Xəzri-2023”də müşahidəçi kimi iştirak edir - FOTOLAR

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.

Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


İran “Xəzri-2023”də müşahidəçi kimi iştirak edir - FOTOLARİran “Xəzri-2023”də müşahidəçi kimi iştirak edir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026