• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Yeni Klinika"ya mətbuat katibi təyin edildi

CƏMİYYƏT

04 Sentyabr 2023 | 12:06

"Yeni Klinika"ya mətbuat katibi təyin edildi

"Yeni Klinika"ya mətbuat katibi təyin olunub.

Bakıvaxtı.az  xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"ya (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova təyin edilib.

N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Daha öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb.

Nuridə Allahyarova “Space” televiziya kanalında yayımlanan "Prezident vaxtı" verilişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" proqramının aparıcısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR