• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bu ölkə anti-Covid səyahət məhdudiyyətlərini aradan qaldırır

DÜNYA

27 Sentyabr 2022 | 01:43

Bu ölkə anti-Covid səyahət məhdudiyyətlərini aradan qaldırır

İspaniya bütün anti-Covid səyahət məhdudiyyətlərini qaldırır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya səlahiyyətliləri, avropalılara nisbətən daha sərt qaydalara tabe olan üçüncü ölkələrdən gələn səyahətçilərin artıq gələrkən "Tibbi Nəzarət Formu"nu doldurub təqdim etmələrinə ehtiyac qalmadığını açıqlayıb.

Ökənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 20 sentyabr 2022-ci il tarixindən etibarən İspaniya Səyahət Sağlamlığı (SpTH) portalı, o cümlədən mobil proqramlar (APPs) dayandırılıb. Artıq İspaniyaya səyahət etmək üçün Tibbi Nəzarət Formasını doldurmaq və ya gəliş hava limanında SpTH QR kodunu göstərmək lazım deyil.

Bununla belə, İspaniyada olarkən səyahətçilər təyyarələrdə və qatarlarda tibbi maska taxmalıdırlar. İctimai yerləri ziyarət edərkən isə buna ehtiyac duyulmur.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

19 Aprel 2024