• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Şirazda törədilən terror aktı cavabsız qalmayacaq" - Rəisi

DÜNYA

27 Oktyabr 2022 | 00:40 | Müəllif: Subhan Mahmudov

"Şirazda törədilən terror aktı cavabsız qalmayacaq" - Rəisi

"Şirazdakı terror aktı cavabsız qalmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.  

Həlak olanların ailələrinə başsağlığı verən Rəisi terrorçuların növbəti dəfə daha ağır cinayət törətdiklərini və İslam İnqilabı düşmənlərinin törətdikləri cinayətlər sırasına daha bir cinayətin əlavə edildiyini qeyd edib.

“Təcrübə göstərir ki, İranın düşmənləri zorakılıq və terrordan istifadə edərək ölkə xalqından qisas alır və ölkənin tərəqqisinə mane olmaq üçün istənilən vasitəyə əl atırlar”.

 O, bu vəhşiliyin cavabsız qalmayacağını, təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanlarının hücumun təşkilatçılarına sərt cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, Şirazın cənub-qərbində Əhmas bin Musanın (Şahçerəx) ziyarətgahında terror aktı baş verib, 20 nəfər həlak olub, 40-dən çox insan yaralanıb.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026