• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Macarıstan Prezidenti Ukraynaya səfər edəcək

DÜNYA

25 Noyabr 2022 | 23:45 | Müəllif: Subhan Mahmudov

Macarıstan Prezidenti Ukraynaya səfər edəcək

Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın "index.hu" saytında məlumat yayılıb.

Bildirilib ki, Prezident ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

Novakın Ukraynaya Polşadan qatarla gedəcəyi bildirilir. Macarıstan Prezidentinin ofisi məlumatı nə təkzib edəcəyini, nə də təsdiqləyəcəyini bildirib.

Novak Macarıstanın baş naziri Viktor Orbanın yaxın müttəfiqidir və mart ayında parlamentdəki hakim Fides partiyası tərəfindən prezident seçilib. Oktyabr ayında o, Mərkəzi Avropa və Balkan ölkələrinin prezidentlərinin Rusiya tərəfindən Ukrayna şəhərlərinin kütləvi bombardmanını pisləyən bəyanatına qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026