• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Hulusi Akar Suriya sərhədinə getdi

DÜNYA

25 Dekabr 2022 | 20:48 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar Suriya sərhədinə getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi hissə komandirlərinin müşayiəti ilə Suriya ilə sərhədə gedib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Musa Avsevər, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcümend Tatlıoğlu və Türk Hava Qüvvələrinin komandanı Atilla Gülan nazirlə birlikdə Hataya səfər ediblər.

Akar və Türkiyə ordusunun komandirlərini 2-ci korpus komandiri general Mətin Gürak və digər səlahiyyətli şəxslər qarşılayıblar.

Daha sonra nazirin rəhbərlik etdiyi nümayəndə heyəti sərhədə gedərək “Bahar qalxanı” əməliyyatının qərargahını ziyarət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR