• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ceyhun Bayramov Şavkat Mirziyoyev ilə görüşdü

DÜNYA

24 Yanvar 2023 | 17:30

Ceyhun Bayramov Şavkat Mirziyoyev ilə görüşdü

Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəksitan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026