• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ermənistan ombudsmanının istefası qəbul olundu

DÜNYA

24 Yanvar 2023 | 17:33

Ermənistan ombudsmanının istefası qəbul olundu

Ermənistanın ombudsmanı Kristin Qriqoryanın səlahiyyətlərinə xitam verilib.

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadla xəbətr verrir ki. bu barərdə parlamentin mətbuat xidməti məlumat yayıb.

Parlament Kristin Qriqoryanın istida ərizəsinə baxıb və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, yanvarın 23-də Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa ərizəsini Milli Assambleyaya təqdim edib. Bu qərar başqa işə keçidlə bağlıdır.

Mətbuatda yayılan məlumata görə, o, Ali Məhkəmə-Hüquq Şurasında çalışacaq. O, 2022-ci il yanvarın 24-də aktiv mövqeyinə görə hakimiyyət tərəfindən bəyənilməyən Arman Tatoyanın səlahiyyətlərini başa vurduqdan sonra bu vəzifəyə təyin edilmişdi.

Ermənistan mətbuatı ombudsman vəzifəsinə hakimiyyətdən namizəd kimi sosial təminat və əmək nazirinin müavini Tatevik Stepanyanın irəli sürüləcəyini yazır.

Murad Məmmədli


SON XƏBƏRLƏR