Çində koronavirusa qarşı aerozol vaksininin tətbiqinə başlanılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu peyvəndlər vətəndaşlara ilk olaraq Şanxayda təklif olunur. Ağızdan inhalyasiya edilən yemi vaksin əvvəllər inyeksiya yolu ilə vaksinasiya olunan şəxslərə buster doza kimi pulsuz təklif olunur. Bu üsulla vaksinasiya 20 saniyə çəkir.
“Cansino Biologics Inc” əczaçılıq kompaniyası tərəfindən hazırlanan bu peyvəndin buster doza kimi istifadəsinə ötən aydan icazə verib. Məlumata görə, aerozol vaksin Çin, Macarıstan, Pakistan, Malayziya, Argentina və Meksikada klinik sınaqdan keçirilib.
Aytac Aslan
















