• Bakı 17° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bu ölkədə kilsələr bağlanacaq

DÜNYA

22 Sentyabr 2022 | 13:05

Bu ölkədə kilsələr bağlanacaq

İsveçdə artan enerji qiymətləri səbəbiylə ölkə daxilində qənaət tədbirləri əüclənir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölkədə enerji xərclərini azaltmaq üçün kilsələr bağlanmağa başlayıb.

İsveç Kilsəsinin Mədəni İrs Departamentinin rəhbəri Markus Dalberq bildirib ki, İsveçin bir çox yerində, xüsusilə enerji qiymətlərinin ən yüksək olduğu cənub bölgəsində bu cür tədbirlər müzakirə olunur: “Bu, böyük yükün qaldırılacağı anlamına gəlir”.

Lund yeparxiyasından Andreas Mansson yeparxiyanın 540 kilsəsindən 150-nin bağlana biləcəyini izah edərək əlavə edib ki, istilik ən böyük xərcdir: "Əksər binaların izolyasiyası zəifdir. Lund yeparxiyası binaları daha səmərəli etmək üçün çox sərmayə qoyub, lakin biz hələ də istiliyi udan böyük həcmli binalardan danışırıq".

Aytac Aslan


SON XƏBƏRLƏR

10 May 2025