• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampın mülkündə İran və Çinlə bağlı GİZLİ SƏNƏDLƏR

DÜNYA

22 Oktyabr 2022 | 00:23 | Müəllif: Subhan Mahmudov

Trampın mülkündə İran və Çinlə bağlı GİZLİ SƏNƏDLƏR

FTB keçmiş ABŞ prezidenti Donald Trampın malikanəsindən Çin və İranla bağlı kəşfiyyat məlumatları olan məxfi sənədləri ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat əldə edib.

Bu məlumat Trampın dərc olunmamış müsahibələrinin səkkiz saatdan çox qeydini toplayan WP redaktoru Bob Vudvordun "The Trump Tapes" adlı audiokitabında dərc edilib.

Mənbənin sözlərinə görə, sənədlərdən birində İranın raket proqramı ilə bağlı məlumatlar yer alıb. Bu məlumatların məxfiliyinin açılması ABŞ-ın və məlumatların toplanması ilə məşğul olan şəxslərin üsullarını üzə çıxara bilər. Digər sənədlərdə ABŞ-ın Çindəki kəşfiyyatının adı çəkilir.

Bir gün əvvəl Tramp sözügedən audiokitabın səs yazılarından birində Rusiyanın nüvə silahını onunla dost olmaq üçün əsaslı səbəb adlandırıb. (publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026