Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün PKK/PYD terror təşkilatı Tel Rıfat bölgəsindən (Suriya - red.) Kilis Öncüpınar sərhəd keçid-məntəqəsində yerləşən Polis Özəl Hərəkat Qərargahına reaktiv yaylım atəş sistemi ilə hücum gerçəkləşdirib. Hücum nəticəsində 1 komissar və 6 polis əməkdaşı olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb”, - Türkiyə DİN açıqlayıb.
***18:52
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket mərmisi atılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İlkin məlumata görə, 1 hərbçi, 2 özəl hərəkat polisi yaralanıb.







jpg-1671540328.webp)




jpg-1671533575.webp)



