• Bakı 18° C

    2.44 m/s

Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

DÜNYA

21 Oktyabr 2021 | 20:56

Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən etibarən məhdudiyyətlər sərtləşdiriləcək.

Bakıvaxtı.az "romaniajournal"a istinadla xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis deyib.

O bildirib ki, maska taxmaq təkcə qapalı məkanlarda yox, açıq havada da məcburi olacaq:

“Tələbələr iki həftəlik tətilə buraxılacaq. Peyvənd olunmamış vətəndaşlarla bağlı da sərt tədbirlər görüləcək. Onlara gecə çölə çıxmaq qadağan olunacaq. Gün ərzində əksər tədbirlərə yalnız yaşıl sertifikatı (peyvəndolunma, immunitet) olanlar buraxılacaq”.

O vurğulayıb ki, pandemiyanı dayandırmağın tək həll yolu vaksinasiyadır.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026