• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Edamına saatlar qalmış qərar dəyişdirildi

DÜNYA

19 Noyabr 2021 | 22:47 | Müəllif: Subhan Mahmudov

Edamına saatlar qalmış qərar dəyişdirildi

ABŞ-da 1999-cu ildə cinayətə görə həbs edilən və barəsində ölüm hökmü çıxarılan Julius Jonesin edamına saatlar qalmış qərar dəyişdirilib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qərarı Oklahoma ştatının qubernatoru Kevin Stitt verib.

Qərara əsasən, edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

Məsələ burasındadır ki, həyatının yarıdan çoxunu həbsdə keçirən Juliusun əfv edilməsi üçün ciddi kampaniyalar aparılıb. Onun əslində irqçiliyin qurbanı olduğu düşünülüb. Bu kampaniyaya bir sıra məşhurlar da qoşulub və Juliusun əfv edilməsi üçün 6 milyon imza toplanaraq Kevin Stittə təqdim edilib.

Qeyd edək ki,  o, 1999-cü ildə 45 yaşlı Paul Hovelin öldürülməsinə görə həbs edilib. 41 yaşlı məhkum isə indiyədək özünü təqsirli bilməyib. Julius Jones bu gün yerli vaxtla 16:30-da edam edilməli idi. Yeni qərar isə 13:20-də açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026