• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Saakaşvilinin adamı Almaniyada saxlanıldı

DÜNYA

19 Dekabr 2021 | 22:08 | Müəllif: Subhan Mahmudov

Saakaşvilinin adamı Almaniyada saxlanıldı

Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.

G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib.

Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR