• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

DÜNYA

20 Noyabr 2021 | 20:01 | Müəllif: Subhan Mahmudov

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Dünyada COVID-19 səbəbi ilə 5 milyondan çox insan həyatını itirib. Buna baxmayaraq, dünya əhalisinin yalnız 41 faizi peyvənd olunub. Dünyada hələ də peyvəndin çatmadığı bölgələrin olduğunu nəzərə alsaq, pandemiyanın hələ uzun müddət davam edəcəyini deyə bilərik.

COVID-19-a qarşı gigiyena, sosial məsafə və maska ən effektiv qorunma vasitələridir.

Bəs, maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, Avstraliya, Yeni Zelandiya, İngiltərə və Çinin səhiyyə mütəxəssislərinin apardığı yeni araşdırma, maska taxmağın koronavirusun yayılma sürətini əhəmiyyətli dərəcədə azalda biləcəyi müəyyən edilib.

Hətta "British Medical" elmi jurnalındakı məqalədə maskanın virusun yoluxma ehtimalını 53 faiz azaltdığı da qeyd edilib.

Bununla yanaşı, tədqiqatçılar sosial məsafə saxlanılmasının da COVID-19-un yayılmasını 25 faiz azaltdığını qeyd ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026