Yaponiyanın 30-cu ən zəngin adamı kimi tanınan milyarder Yusaku Maezava və köməkçisi Yozo Hirani 12 günlük kosmos səyahətini başa vurduqdan sonra uğurla Yerə qayıdıblar.
Bakıvaxtı.az xəbər verir ki, yapon milyarder Maezava və köməkçisi rus kosmonavt Aleksandr Misurkinin rəhbərlik etdiyi “Soyuz MS-20” kosmik gəmisi ilə səhər saatlarında Qazaxıstanın Cezkazqan şəhərinin cənub-şərqindəki əraziyə uğurla eniş ediblər. Eniş anı Rusiya Federal Kosmik Agentliyinin Roskosmos rəsmi saytında canlı yayımlanıb.
Qarşılanma mərasimindən sonra heyət ekipajların müşayiəti ilə kosmos reabilitasiyasından sonra 14-21 gün müddətinə Moskvadakı xüsusi mərkəzə aparılıb.
Bundan əlavə, o, rus alimlərinin apardığı kosmosda orqanizmdə qan axınının hərəkətini öyrənən “Lasma” elmi işində iştirak edib. O, həmçinin ISS komandası ilə sıfır çəkidə badminton oynayıb.
Aytac Aslan

















